Bunu İnterpress.az-a 45 saylı məktəbin ingilis dili müəllimi Ziyafət Nəbiyeva ilə münasibətdə ittiham edilən şagird bildirib.
Onun sözlərinə görə, hələ may ayında valideyni məktəbə çağırılıb və belə bir videonun olduğu bildirilib: “Valideynlərim məktəbə getdi, ancaq direktor videonu göstərmək üçün gəlmədi. İndi də ancaq araşdırmanın nəticəsini gözləyirik, bundan sonra direktor hər ikimizdən üzr istəməsə, məhkəməyə müraciət ediləcək. Ancaq narahatlığımız, qorxumuz ondadır ki, direktorun hər yerdə adamı var. Nazirlik də, idarə də onun tərəfini saxlayacaq”.
Elnarə
İnterpress.az