Modern.az saytına məlumat verən Elçin Behbudov bildirib ki, monitorinqin keçirilməsində məqsəd təqsirləndirilən şəxslərin saxlanma şəraitini və onlara qarşı münasibəti öyrənməkdən ibarətdir:
“Bu gün 4 nəfərlə görüşdük. Onlardan biri Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinən 1981-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Tünzalə Qasımzadədir. İrandan Azərbaycana narkotik gətirən vaxt həbs olunub.
Özünü günahkar bilir, saxlanma şəraitindən heç bir şikayəti olmadı. Vəkillə təmin olunub.
Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinən 1977-ci il təvəllüdlü Astara rayon sakini Həsən Həsənovla da görüşdüm. İrandan Azərbaycana narkotik gətirən vaxt həbs olunub.
Özünü günahkar bilir. Saxlanma şəraitindən və ona qarşı münasibətdən qətiyyən şikayəti olmadı.
Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə təqsirli bilinən 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Azər Eyyubov 3 ay Suriyada olub. Bura İraq-Şam İslam Dövlətinə qoşulmaq üçün gedib. Bildirdi ki, ora getməyinə çox peşmandır.
Orada onu məcbur ediblər ki, döyüşməlisən, ona verilən vədlər öz təsdiqini tapmayıb. Onu da bildirdi ki, orada namaz qılmayanları cəzalandırırlar.
Cəza da ölümdür. MTN-də saxlanma şəraitindən və ona qarşı münasibətdən qətiyyən şikayəti olmadı. Vəkillə təmin olunub.
Sonra “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov görüşdüm. (2014-cü ilin aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Jurnalist dövlətə xəyanətdə ittiham olunur). Saxlanma şəraitindən çox razılığın bildirdi. Evdən ona azuqə gəlir. Özünün mənə bildirdiyinə görə, bir qədər təzyiqi var. Lakin həkim nəzarətindədir və mütəmadi ona dərman verilir.
Görüşməsəm də Hacı Məmmədovun və Arif Yunusun vəziyyətləri və səhhətləri ilə maraqlandım.
Mənə bildirdilər ki, Arif Yunusun səhhətində heç bir problemi yoxdur. Həkim nəzarəti altındadır bu yaxınlarda da həkim komissiyası Arif Yunusa baxıb. Sağlamlığında heç bir ciddi problemi yoxdur. Hacı Məmmədovun şəkəri var. Özünü təbii üsullarla müalicə etsə də, həkim nəzarətindədir”.
İnterpress.az