İnterpress.az xəbər verir ki, xüsusilə Afrika ölkələrində tualet lüks həyatın əlaməti hesab edilir.
Belə ki, 5 milyon əhalisi olan Mərkəzi Afrika Respublikasında əhalinin ancaq 21,8 faizi tualetdən istifadə edə bilir.
Mozambikin isə 25 milyon əhalisinin ancaq 20,5 fazinin tualetdən istifadə imkanı var.
Əvvəllər Fransanın müstəmləkəsi olan Benində isə bu rəqəm daha da aşağıdır. Belə ki, 10 milyon əhalisi olan ölkədə sakinlərin ancaq 19,7 fazinin evində tualet var.
Qərbi Afrika respublikası olan Burkina Fasoda da bu rəqəm 19,7 faziə bərabərdir. Nəzərə alın ki, bu ölkədə əhalinin sayı 17 milyon təşkil edir.
Uqandada əhali sayı artıq 35 milyona çatıb. Ancaq bu ölkədə ancaq 19 faiz əhali tualetdən istifadə edir.
Papua Yeni Qvineyanın 6 milyon əhalisinin ancaq 18,9 faizinin tualeti var.
Hind Okenanında yerləşən Madaqaskar 20 milyon əhalisi olan ada ölkədir. Bu ölkədə yaşayanların ancaq 12 faizi tualetdən istifadə imkanına malikdir.
Nigeriyada bu say əhalinin cəmi10,9 faizini təşkil edir.
İnterpress.az