FHN-dən dənizə gedən valideynlərə xəbərdarlıqbackend

FHN-dən dənizə gedən valideynlərə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.

Sektor müdirinin sözlərinə görə, bu günlərdə məktəblərin, təhsil ocaqlarının yay tətilində olmasını fürsət bilən azyaşlılar, valideynləri ilə və ya təkbaşına, dostlarla kütləvi şəkildə çimərliyə, bəzən də çimmək üçün qadağan olunmuş su hövzələrinə üz tuturlar: \”Bu zaman başı müxtəlif oyunlara qarışan uşaqlar bədbəxt hadisə ilə üzləşməli olurlar. Onların əksəriyyəti çimərliyə üzməyə yox oynamağa, qaçmağa, vaxtını maraqlı keçirməyə gəlirlər. Məsələn futbol, voleybol oynayırlar. Bəzən də dənizin içərisində voleybol oynayırlar. Əslində, ilk baxışdan burada təhlükəli bir şey görünmür. Amma bəzən hər şey topun dənizin dərinliklərinə, sahildən uzağa getməsi ilə başlayır. Topu gətirmək üçün üzə bilməyən bir uşağın topun arxasınca suyun dərinliklərinə doğru getməsi isə artıq bədbəxt hadisənin başlanğıcı sayıla bilər. Nəzərə alsaq ki, uşaq dənizə dostları ilə və ya tək gəlib, onda demək olar ki, bədbəxt hadisəyə artıq zəmin hazırlanıb”.

M.Piriyev qeyd edib ki, təəssüf ki, valideynləri ilə gələn uşaqlar da bu cür səhvə yol verəndə əksər hallarda nəticə dəyişmir: “Çunki həmin vaxt əksər valideynlərin bundan heç xəbəri olmur. Ona görə ki, onlar gətirdiyi yemək-içməklə uşağın qarnını doyurandan sonra işini bitmiş hesab edir və başları istirahətlərinə qarışır. Bu isə valideynlər tərəfindən real təhlükə mənbəyinin yaradılmasından başqa bir şey deyil”.

İnterpress.az