“Milyarderlər İttifaqı” buraxıldıbackend

“Milyarderlər İttifaqı” buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Milyarderlər İttifaqı” kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçilərindən biri, baş nazirin keçmiş müavini Abbas Abbasov bildirib.

Abbas Abbasov təşkilatın buraxılması barədə məlumatları təsdiqləyib: “Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyəti başlamadan dayandırıldı. Bunun səbəbi, o cümlədən bizim təşkilatı buraxmaq barədə qəbul etdiyimiz qərarın öz arqumenti var. Ancaq bu qərarın səbəbini açıqlamadan əvvəl təşkilatın yaranma məqsədindən danışmaq lazımdır.
Rusiyada rəsmi statistikaya görə 850 min azərbaycanlı yaşayır. Faktiki olaraq isə bu say milyondan artıqdır. İndi Azərbaycanda vəziyyət başqadır, ölkə iqtisadi cəhətdən varlı ölkəyə çevrilir. Yeni iş yerləri yaradılır. Biz vətənimizin uğurlarına sevinirik. Ancaq heç də bütün azərbaycanlılar vətənə qayıtmaq istəmir. Çoxları burda həyatını qurub, vətəndaşlıq alıb. Bununla belə biz azərbaycanlı olaraq qalır, vətənizmizi sevirik”.

Yaranan təşkilatın Rusiyadakı diaspor təşkilatları arasında həmrəyliyi təmin etmək məqsədi daşıdığını deyən Abbas Abbasov Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə də toxunub: “2011-ci ilin noyabrında keçirilən qurultayında təşkilatın nizamnaməsi dəyişdirilib, ancaq hələ də Rusiyanın ədliyyə orqanları onu qeydə almayıb. Bakıdan məsul əməkdaşın təyin edildiyi qəribə “baş katib” vəzifəsi meydana çıxıb. Hazırda bu vəzifə ləğv edilib, ora təyin edilən adam Bakıya geri qayıdıb, ancaq tör-töküntüləri qalıb”.

“Milyarderlər İttifaqı”nın diaspor təşkilatları arasında həmrəyliyi təmin etmək üçün yaradıldığını deyən Ababs Abbasov prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən islahatları dəstəklədiklərini və iki ölkə arasında münasibətlərin inkişafına çalışdıqlarını qeyd edib. Ancaq buna baxmayaraq təşkilatın ünvanına müxtəlif ittihamlar səsləndirildiyini vurğulayan Abbas Abbasov “Kremlin adamı” olmaları barədə fikirləri rədd edib: “Bütün bu ittihamlar münasibətlərə ziyan vururdu. Buna görə də biz özümüz təşkilatın buraxılması qərarına gəldik”.

İnterpress.az