ABŞ ordusunda 40 min ixtisar: büdcə çatışmırbackend

ABŞ ordusunda 40 min ixtisar: büdcə çatışmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qərar yaxın 2 ildə icra ediləcək. İxtisar həm ölkə daxilindəki, həm də xaricdəki hərbçiləri əhatə edəcək. Həmçinin quru qoşunlarından müqavilə ilə işləyən 17 min mülki şəxsin ixtisar ediləcəyi bildirilir.

İnterpress.az xəbər verir ki, Pentaqonun planlarına görə 2017-ci ilin sonunda ABŞ-da 450 mindən artıq hərbçi qalmamalıdır.

İxtisar büdcə ilə əlaqədardır. Gələn il Müdafiə Nazirliyi Konqresdən xarici ölkələrdə əməliyyatların keçirilməsi üçün 51 milyard dollar tələb edəcək. Ancaq bu rəqəm builki rəqəmdən 20 faiz azdır.

İnterpress.az