Sabunçu RPİ Post Patrul Xidməti Bölüyünün polis serjantı, Elnur Böyükağa oğlu Əzizov və həyat yoldaşı, 1983-cü il təvəllüdlü Nuriyyə Gülbala qızı İsgəndərova naməlum şəxslər tərəfindən döyülüb.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Bakı şəhər sakinləri, 1964-cü il təvəllüdlü Zakir Vəli oğlu Səfərov və 1959-cu il təvəllüdlü Əbülfəz Vəli oğlu Səfərov olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. ( apa )
İnterpress.az