İnterpress.az xəbər verir ki, demoqrafların apardığı araşdırma bunu göstəri. Almaniya və Britaniyadan olan mütəxəssislərin gəldiyi nəticəyə görə, uşağın doğuluşundan bir müddət sonra bu hiss getdikcə azalmağa başlayır. Bundan başqa uşaq nisbətən yaşlı ataları daha çox xoşbəxt edir. Belə ki, məsələn, 34 yaşlı ata 18-22 yaşlı atadan daha xoşbəxt olur. 18-22 yaşlı atalar uşaq doğrulduqdan bir müddət sonra narahatlıq və hətta bəzi hallarda təəssüf hissi keçirməyə başlayırlar.
“Demography” jurnalında dərc olunan nəticələrə görə, valideynlər uşağın dünyaya gəlməsi barədə qərar qəbul etdikdən sonra 1 il müddətində çox xoşbəxt olurlar. Bu hiss uşaq doğulduqdan sonra daha 1 il zirvədə qalır. Daha sonra isə azalmağa başlayır. Atalara nisbətən analarda bu hiss daha uzunmüddətli davam edir.
Bundan baqşa uşaq sayı da valideynlərin hislərinə təsirsiz qalmır. Avropalı atalar üçüncü uşaq doğulan zaman birinci və ya ikinci uşaqda olduqları qədər xoşbəxt olmurlar.
Bununla belə valideynlərin, xüsusən də atanın yaşının uşağın sağlamlığına da təsiri böyükdür. Belə ki, 20 yaşdan başlayaraq keçən hər il uşağın ölüm riskini 1 faiz artırır.
İnterpress.az