Deputatlardan erməni baş redaktora etirazbackend

Deputatlardan erməni baş redaktora etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqazinfo” baş redaktoru erməni olan radionun fəaliyyəti ilə bağlı millət vəkillərinin mövqeyini öyrənib.

Fazil Mustafa radionun Azərbaycanda yayımlanmasını düşünülmüş addım hesab edir. O qeyd edir ki, ermənilərin belə bir siyasət izləməsi birinci dəfə deyil: “İlkin olaraq hesab edilə bilər ki, radio obyektiv informasiya verir. Amma istənilən an özlərinə lazım olan informasiyaları təxribat məqsədilə ictimaiyyətə təbliğ edə bilərlər. Bu məsələyə normal yanaşmıram. Hesab edirəm ki, əməkdaşlıq məsələlərində bir daha düşünməliyik və belə məsələlərdə məsafə qoymaq lazımdır. Çünki bu obyektiv informasiya yayılmasına xidmət edən bir siyasət deyil. Ermənilərin mövqeyi bəllidir. Onların istənilən vaxt informasiyanı təhrif etmə imkanları var”.

Fəzail Ağamalı qeyd edib ki, burada kifayət qədər narahat olmaq üçün əsaslar var: “Erməni harada olmağından asılı olmayaraq genetik kodlarını özündə daşıyır. Biz ötən illərdə də gördük ki, onlar indiki terror rejimin, cinayətkar dəstənin yanında olublar. Əllərinə silah alaraq Xocalı soyqırımını törətməkdən başlamış informasiya müharibəsinə qədər hər zaman Ermənistanın yanında olublar. Belə bir fakt yoxdur ki, hər hansı ölkədə yaşayan erməni Ermənistanın təcavüzkarlığını, həm də Xocalı soyqırımını ifşa edən fikirlər bildirsin. Ona görə də bu cür radionun Azərbaycanda yayımlanması çox təhlükəlidir. Bilmirəm, bunun yayımına kim icazə verib. Ümidvaram ki, icazə verən kimdisə, bu qərarına yenidən baxacaq. Həmin radionun Azərbaycanda yayımına qadağa qoyulmalıdır”.

İqbal Ağazadə həmin radionun Azərbaycanda yayılmasını “Radio və televiziya verilişləri haqqında” qanuna zidd olduğunu vurğulayıb: “Bilirsiniz ki, Azərbaycan ərazisində bu tipli radiolar və televiziylar artıq fəaliyyət göstərmirdi. Bu məsələnin hüquqi tərəfidir. Digər tərəfdən isə, Rusiyanın nəzarətində olan, dübarə erməni baş redaktoru olan bir radionun Azərbaycanda yayımlanmasının müsbət heç bir tərəfi yoxdur. Bu faktiki olaraq gələcəkdə Azərbaycana çox böyük ziyanlar vuracaq. İndiki halda bəlkə təbliğatlar zəif gedə bilər. Amma bir balaca imkan tapan kimi bu məsələlərdə ölkəni qarışdırmaq, xaos yaratmaq, yaxud da Rusiyanın təbliğatını aparmaq üçün istifadə edəcəklər. Radio dərhal fəaliyyətini dayandırmalıdır. Demokratik dəyərlərə söykənməyən bir ölkənin Azərbaycanda bu tipli bir radionu açmasının məqsədləri hər kəsə bəllidir. Bu Azərbaycanda Rusiya düşüncəsini və mövqelərini gücləndirməkdən başqa bir şey deyil. Mən bunu heç bunun erməni tərəfinə nəzər yetirmədən deyirəm. Bu birbaşa Rusiyanın kanalı olduğu üçün burada yayımlanmamalıdır”.

Zahid Orucun sözlərinə görə, Rusiya MDB məkanı ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq, vahid informasiya məkanını formalaşdırmaq, ölkələrə daha geniş müstəvi tanıyaraq onların Rusiyaya çıxması təmin etmək üçün belə bir layihə irəli sürüb: “Marqarita Simonyan bir sıra kanallarda layihələri ilə tanınırdı. Bu insanlar Rusiyanın mərkəzi hakimiyyətindən yön alaraq istiqamətləndirilən, həmin proqramlara nəzarət edən insanlardır. Erməni kimliyi məsələsinin Azərbaycan cəmiyyətində bundan sonrakı illərdə də həssaslıqla qarşılanmasını hər kəs başa düşməlidir. Azərbaycan torpaqları nə qədər ki işğal altındadır, vətəndaşlarımız ermənilərin iştirak etdiyi layihəyə spektik yanaşacaqlar.

Amma eyni zamanda Azərbaycanın öz xəbərlərini, yürütdüyü siyasəti Rusiya məkanında təbliğ etməyə çox ciddi ehtiyac var. Bizim rusdilli politoqların əksəriyyəti Rusiyada aktiv deyillər. Rusiya telekanallarında erməni mənşəli şəxslər çoxdur. Onlar Kremldən yönləndirilmədən sadəcə milli mənşələri ilə bağlı məsələlərdə fəal mövqe sərgiləyirlər. Bizim politoloqların Rusiyada çıxış etmək imkanı yoxdursa, ölkədə bu formatda yaradılmış radioların imkanlarından faydalanmaq lazımdır. Nəzərə alaq ki, 1990-cı illərdə Azərbaycan informasiya izolyasından çox əziyyət çəkib. Qərbin burada fəaliyyət göstərən kanalları fonunda, Rusiyanın burdakı kanalının fəaliyyətini şovinizmdə, işğalçılıqda günahlandırmaq düzgün olmazdı. Bizim resurslarımız olmalıdır. Bu halda Marqarita Simonyanın kimliyi yalnız onun öz ziyanına olacaq. Amma ola bilsin ki, Azərbaycanın etirazları fonunda radio ilə bağlı hər hansı məsələ dəyişə bilər”.

Siyavuş Novruzov isə məsələdən xəbərdar olmadığını bildirib.

İnterpress.az