Əli Kərimlinin müavini istefa verib?backend

Əli Kərimlinin müavini istefa verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Əbülfəz Qurbanlının sosial şəbəkədəki səhifəsində məlumat verilib. “Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var.

Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın” deyə Əbülfəz Qurbanlının səhifəsində bildirilib.

Ancaq bəzi mənbələr Əbülfəz Qurbanlının səhifəsinin oğurlandığını bildirir.

İnterpress.az