Göyçay şəhəri Sabir küçəsi 16 saylı ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Məmmədov Mehman Arif oğlu gecə saatlarında xəstəxananın həyətindəki su hovuzuna düşərək köməksiz vəziyyətdə qalıb və boğularaq ölüb.
Göyçay MRX-da və Bioloji Təbabət Klinikasının Göyçay filialında həkim rentgenoloq işləyən Mehman Məmmədovun meyiti bu gün səhər saat 9:00 radələrində sudan tapılaraq çıxarılıb.
Meyit hazırda Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilir.
Suda boğulan həkimin üzərində ilkin yoxlama zamanı zorakılıq əlamətləri aşkar edilməyib.
İki uşaq atası olan, 20 ildən çoxdur, Göyçay MRX-da həkim işləyən Mehman Məmmədovun ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. ( apa )
İnterpress.az