Əsl vampirlərin həyatı: Onların arasında transeksuallar da varbackend

Əsl vampirlərin həyatı: Onların arasında transeksuallar da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədqiqatın obyekti başqasının qanından enerji almaq üçün istifadə edən insanlar olub. Tədqiqat nəticələri “Critical Social Work” jurnalında dərc olunub.

Müətəxəssislərin sözlərinə görə, vampirlər qapalı yaşayır və öz problemləri ilə bağlı həkimlərə, yaxud psixoterapevtlərə heç bir məlumat vermirlər.

Artıq 10 ildir ki, vampirlərlə işləyən doktor Ulyams bildirib ki, vampirlər arasında cəmiyyətin ən nüfuzlu təbəqəsinə məxsus olanlar var: “Onların arasında hüquqşünaslar, həkimlər və başqaları var. Onları yorğunluq hissi kimi bir hiss birləşdirir. Onlar özləri üçün donor axtarırlar. Bu donor əsasən yetkin adam olur. Donor özündən müəyyən qədər qanın vampir tərəfindən içilməsinə razılaşır”.

Tədqiqat 11 vampirə verilən suallar əsasında aparılıb. Vampirlərin orta yaşı 37 olub. Onlardan 9-u qadın, 2-i isə transseksualdır. Vampirlər donorların razılığı ilə onların az miqdarda qanını içdiklərini bildiriblər.

“Bir çoxları elə düşünür ki, vampirlər gənc adamlar olur, qarşılarına keçən hər adamın qanını sorurlar. Ancaq özlərinin vampir olduğunu bildirənlər təmiz və etika çərçivəsində həyat sürdüklərini deyirlər. Problem ondadır ki, vampirlər öz həyatları barədə həkimlərə və psixoloqlara danışmaq istəmirlər. Çünki psixi xəstəxanaya göndəriləcəklərindən qorxurlar. Bir çox vampir elə düşünür ki, dünyaya belə gəlib” deyə doktor Ulyams vurğulayıb.

Tədqiaqat rəhbəri bütün dünya üzrə vampirlərin sayının bir neçə min olduğunu bildirib.

İnterpress.az