Roma Papası narkotik çayı içdibackend

Roma Papası narkotik çayı içdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “trimate” adlanan çaydan dadan Papa bunu özünü yaxşı hiss etmək üçün etdiyini bildirib. Dəniz səviyyəsindən 4 min metr hündürlükdə bu çaydan istifadənin özünü daha yaxşı hiss etməsinə şərait yaradacağını deyən stüardessalar Papanı müşayət edən jurnalistlərə də koki çayı təklif edib.

Papanın kokain hazırlanması üçün istifadə edilən koki yarpaqlarından dəmlənən çay içməsi barədə məlumatı mətbuata Boliviyanın mədəniyyət naziri Marko Maçikao verib.

Qedy edək ki, BMT-nin 1961-ci ildə qəbul etdiyi konvensiyada koki istifadəsi qadağan edilən narkotik maddələr siyahısına salınıb. Ancaq Boliviyada tibbi məqsədlər üçün koki yarpaqlarından istifadəyə icazə verilib.

2009-cu ildə isə bu ölkənin Konstitusiyasında dəyişiklik edilib və koki “mədəni miras” adlandırılıb.

İnterpress.az