Britaniyalı parlamentarilərdən Ermənistana çağırışbackend

Britaniyalı parlamentarilərdən Ermənistana çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən xəbərə görə, Böyük Britaniya parlamentinin üzvü Stefen Hepbörn bəyan edib ki, Ermənistan hökuməti bu qərarın yaratdığı imkandan faydalanmalı və Azərbaycan ərazilərinin işğalında oynadığı rolu qəbul etməlidir: “Onlar həmçinin, artıq 20 il davam edən durğunluq vəziyyətindən sonra diplomatik irəliləyişə nail olmaq üçün ciddi danışıqlara başlamalıdırlar”.

Baronessa Zahidə Mənsur isə bildirib ki, AİHM-in bu qərarı münaqişənin Dağlıq Qarabağın yerli əhalisi olan ermənilər tərəfindən aparılması barədəki mifi darmadağın edib: “Bu, Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən işğalıdır. Sülh əsasında həll yolunun tapılması üçün danışıqlara dürüst yanaşmaq və nəhayət ki, müəyyən irəliləyiş əldə etmək vacibdir”.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Konvensiyasının üç xüsusi maddəsinin pozuntusunun qəbul edilməsindən əlavə, məhkəmə həmçinin Ermənistanın Dağlıq Qarabağa və 7 ətraf rayonun ərazisinə tam nəzarətinin olmadığını iddia edən Ermənistan hökumətinin etirazını rədd edib. Məhkəmə qərar verib ki, bu münaqişə hazırda hakimiyyətdə olan rejimin üzvləri tərəfindən başlandığından və həyata keçirildiyindən Ermənistan bu münaqişəyə cavabdehdir.

İnterpress.az