Bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Məlumata görə, ötən il 300 nəfərdən çox uyğur qeyri-leqal yolla Tailanda gələrək ölkənin cənubunda qul kimi kauçuk plantasiyalarında işlədilib. Bu faktı yerli polislər aşkar ediblər.
Artıq bu insanlardan 97-si Çin Xalq Respublikasına geri qaytarılıb.
Bu informasiyanı Tailand hökumətinin mətbuat xidmətinin rəis müavini Viraçon Sukxontxapatxipxak Banqkok şəhərində keçirdiyi brifinqdə deyib:
“Həmin insanlardan 173-ü isə Türkiyə vətəndaşı olduğundan İstanbula göndərilib. 50 nəfərin isə vətəndaşlığı olmadığından onların sonrakı taleyinin necə olacağı məlum deyil. Uyğur qaçqınlarının məsələsini Türkiyə və Çin rəhbərliyilə həll etməyə çalışırıq”.
Qeyd edək ki, həmin brifinq ölkənin 3-cü kanalı vasitəsilə yayımlanıb.
Xatırladaq ki, bu olaydan sonra Tailandın İstanbuldakı konsulluğuna hücum olub.
Nəticədə konsulluğun əmlakına ciddi ziyan dəyib. ( aznews.az )
İnterpress.az