“Uyğur həqiqəti” xarici jurnalistlərin gözü iləbackend

“Uyğur həqiqəti” xarici jurnalistlərin gözü ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sətirlər son zamanlar Çinin Sincan Uyğur Muxtar vilayətində baş verənləri işıqlandırmaq üçün bölgəyə gedən xarici jurnalistlərin Türkiyə mətbuatında yer alan müşahidələrindən götürülüb.

Jurnalistlərin sözlərinə görə, uyğurlar özəl sektorda olmasa da, dövlət sektorunda oruc qadağasının olduğunu deyir.

Böyüklər və uşaqlar ibadət edə bilir

“Urumçidə foto və videogörüntülərin çəkilməsi təhlükəsizlik qüvvələri tərəfindən xoş qarşılanmır. Xalqın həyəcanlı davranışı və reaksiyası, şəkil çəkilməsini olduqca çətinləşdirir” deyə jurnalsitlər bildiriblər.

“Urumçinin mərkəzində olan Böyük Bazar bölgəsindəki Quru Körpü Məscidində günorta namazında hər yaşda uyğur görmək mümkündür. Bundan əlavə saqqallı müsəlmanlarla uşaqları da ibadət edir. Namaz vaxtlarından əlavə istəyənlər məscidə gəlib “Quran-i Kərim” oxuyur” deyə onlar vurğulayıb.

Afişalarla dini məhdudiyyətlər

“Uyğurlara bölgədə dini inanclarla bağlı məhdudiyyətlərin olub- olmadığı haqqında suallar veriləndə narahat üz ifadəsiylə mənfi cavab verməkdən yayınırlar. İçtimai yerlərdə oruc qadağası ilə bağlı konkret bir bəyanat, ya da afişa yoxdur, lakin bəzi ticarətçilər və vətəndaşlar bu suala cavablarında qısa olaraq oruc tuta bildiklərini deyirlər”.

Digər tərəfdən, Çində keçən ilin əvvəlində qüvvəyə minən “Terrorla mübarizə haqqında” qanunundan sonra bəzi mövzularda qadağaların gündəmə gəldiyi ifadə edilir və bu qadağalara dair afişa və broşuralar Urumçidə bir çox bölgədə paylanır.

“Mərkəzdəki yaşayış məntəqələrində müxtəlif binalara və yerli idarəetmə binalarına asılan afişalar Çin rəhbərliyinin gətirdiyi bəzi dini məhdudiyyətləri diqqətə çatdırır. Afişalar, rəsmi nikahı olmayan cütlərə dini nikah bağlanması, dini üsulla boşanmanın aparılması, məktəbdə təhsilini davam etdirən şagird və yetkinlik yaşına çatmayanlara namaz qılmaq, oruc tutmaq və ya “Quran-ı Kərim” oxumağı öyrənmək istiqamətində təlqinlər edilməsi qadağan edilir” deyə jurnalistlər vurğulayıb.

Kaşgarlılar daha cəsurdur

Sincan Uyğur Muxtar Vilayətinin tarixi Kaşğar vilayəti yerli uyğur əhalisinin sıxlığıyla diqqəti çəkir. Urumçidə olduğu kimi, şəhər mərkəzini əhatə edən əsas yol və körpülərin üzərində ciddi polis nəzarəti var. Şəhərdə hər küçə və künc başında onlarla silahlı polis dayanır. Tarixi şəhərdə olan məşhur “İd Kah” məscidi ətrafındakı dükanların demək olar ki, hamısını yerli uyğur tacirləri işlədir. Burada da mərkəz Urumçidə olduğu kimi vətəndaşlar video və foto çəkilməsini narahat reaksiyayla qarşılayır. Kaşğarda xalq ümumi olaraq Urumçidəkilərə görə ünsiyyət qurmaqda daha cəsur davranır.

Bəzi Kaşğar uyğurları oruc qadağası və ya digər məhdudiyyətlərlə qarşılaşıb-qarşılaşmadıqları sualına özəl müəssisələrdə bir məhdudiyyət olmadığını bildirir. Həmçinin qeyd edirlər ki, dövlət dairələrində qadağaların tətbiq edilməsi haqqında yaxınlarından aldıqları bəzi məlumatlar var. Mövzu haqqında jurnalistlərin suallarına daha ətraflı cavab vermək istəyən isə ümumiyyətlə yoxdur.

Çin: “İddialar əsassızdır”

Çində uyğurlara oruc qadağası ilə bağlı xəbərlərin yayılması ilə bir çox bölgədə etiraz nümayişləri ilə qarşılanıb. Rəsmi Pekin açıqlamasında bu etirazların Türkiyədəki \”xarici mətbuatın həqiqəti əks etdirməyən\” xəbərləri nəticəsində yarandığını və iki ölkə əlaqələrinin əhəmiyyətli olduğu mesajını verib. Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq Sincan Uyğur Muxtar Bölgəsində müsəlmanların oruc və digər ibadətlərinin məhdudlaşdırıldığı istiqamətindəki xəbərlərin həqiqəti əks etdirmədiyini müdafiə edib.

Qeyd edək ki, Çində keçən ilin əvvəlində qüvvəyə minən “Terrorla mübarizə haqqında” qanun çərçivəsində Sincan Uyğur Muxtar Bölgəsi başda olmaq üzrə bir çox bölgədə geniş təhlükəsizlik tədbirləri həyata keçirilir. Ayrıca bu qanun çərçivəsində bölgədə bir çox maddələr tədricən qüvvəyə minir. Bölgədə son olaraq keçən ilin axırları Urumçi 15-ci Daimi Xalq Komitəsi konfransda \”İçtimai yerlərdə üzü örtən örtük və cübbə giyilməsi qadağası\” ilə bağlı tənzimlənmə qəbul edilib. Çin hökuməti Sincan Uyğur Muxtar Bölgəsi başda olmaqla ölkənin bəzi yerlərində reallaşan hadisələri birbaşa \”radikal qruplarla\” əlaqələndirir, hadisələri rəsmi media ilə ictimaiyyətə çatdırır və mövzuyla əlaqədar dəqiq məlumat vermir.

“Uyğur həqiqəti” xarici jurnalistlərin gözü ilə

İnterpress.az