Məkkədə metronu türklər tikəcəkbackend

Məkkədə metronu türklər tikəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kolin İnşaat”, “Isolux Corsa (İspaniya)” və “Haif Company (Səudiyyə Ərəbistanı)” şirkətləri birlikdə Səudiyyə Ərəbistandakı Məkkə metrosunun iki xəttini tikəcək. Konsorsium Səudiyyə Ərəbistandakı Məkkə metrosunun iki xəttinin tenderini 2,3 milyard dollarlıq təkliflə qazanıb. İspan şirkətinin internet saytında verilən açıqlamaya görə, Məkkə metrosunun iki xəttinin tikintisi türk inşaat şirkəti “Kolin” və Səudiyyə Ərəbistanı şirkəti “Haif Company” tərəfindən aparılacaq. Şirkətlərin layihə müqaviləsini gələn aylarda imzalayacağı bildirilir.

2019 da bitəcək

Layihə Məkkə metrosunun B və C xətlərinin tikintisini əhatə edir. B xətti 11,9 kilometr uzunluğunda və 3 stansiyadan ibarət olacaq. C xətti isə 13 kilometr uzunluğunda, 6 stansiyadır. Konsorsium mövcud strukturların və qurğuların quraşdırılmasından, elektrik, su, təbii qaz kimi ictimai xidmətlərinin və yolların dəyişdirilməsindən məsul olacaq. Metro işlərinin önümüzdəki il başlayıb 2019-ci ilə qədər davam etməsi gözlənilir.

Malayziyalı inşaat firması “Prasarana Group” isə 2,4 milyon avro ilə tenderi qazanaraq layihənin dizayn və inkişaf işlərindən məsul tutulacaq. Səudiyyə Ərəbistanının paytaxtı Riyadda 23 milyard dollar dəyərində 6 xəttli metro sistemi, Ciddədə isə 9,3 milyard dollar dəyərində ictimai nəqliyyat şəbəkəsi inşa edilir.

İnterpress.az