Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Politoloq qeyd edib ki, indi “xidmətçilərinin” həbsdə olması onları bərk narahat edir: “Bu adamlara başa salmaq lazımdır ki, əvvəla sizin adlarını qeyd etdiyiniz şəxslər siyasi mənsubiyətinə görə həbs olunmayıb və ölkədən çıxışlarına qadağa qoyulmayıb. Həbs olunanlar demək ki, ölkə qanunlarına zidd hərəkətlərinə görə məsuliyyətə cəlb olunublar. Həqiqətən də ABŞ senatorları Azərbaycanda insan haqlarının qorunması ilə bağlı narahatdırlarsa və insanların hüquqlarının qorunmasına dəstək olmaq istəyirlərsə o zaman bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin illərdir tapdalanmış hüquqlarının bərpa olmasını təmin etsinlər. Öz yaxınlarının məzarlarını ziyarət etmək üçün doğulduqları torpaqlarda girov götürülmüş azərbaycanlıların hüquqlarını təmin etsinler. Qondarma bir qurumun oyuncaq məhkəməsi ilə ABŞ başda olmaqla bütün dünyanın hüquq sistemini, beynəlxalq hüquq normalarını ələ salan Ermənistan dövlətinə niyə bir dəfə də olsun təzyiq etmirlər?! Çünki Ermənistan onların bütün tələblərinə cavab verir və bu gün səfalət içindədir. Amma Azərbaycan hakimiyyəti, iqtidarı xaricə deyil, xalqa söykənərək siyasət aparır. Ölkəmizin müstəqil siyasət yürütməsi nə Qərbi, nə də başqa dövlətləri qane etmir. Onlar bütün müstəqil siyasət həyata keçirən ölkələri özlərinin vassalı kimi görmək istəyirlər və bu yolda hər vasitədən istifadə edirlər. Bununla da dünyada vassallığın müasir formalarını yaymış olurlar”.
İnterpress.az