İyulun 8-də rayonun Böyük Dəhnə kənd sakini, üç uşaq anası, 1966-cı il təvəllüdlü Gülnar Mircavad qızı Hacıyeva hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etmək məqsədilə sirkə turşusu içib.
G. Hacıyeva ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, iyulun 9-da xəstəxanada ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
İnterpress.az