Bunu Modern.az saytına partiya sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.
O qeyd edib ki, partiyadan istefa vermək Əbülfəz Qurbanlının şəxsi qərarıdır:
“Partiya olaraq həm Əbülfəz bəyin özünə, həm də onun bu qərarına hörmətlə yanaşırıq. Onun Ali Məclis sədri Həsən Kərimovla aralarında qarşıdurma yaşandığı və buna görə partiyadan istefa verdiyi haqda yazılan informasiyaların heç bir əsası yoxdur.
Ümumiyyətlə, istefa vermək Əbülfəz bəyin şəxsi qərarıdır. Biz də onun bu qərarını olduğu kimi qəbul etməliyik. Çünki AXCP siyasi mədəniyyətin yüksək olduğu bir partiyadır. Burda insanlar normal şəkildə fəaliyyət göstərə bildiyi kimi, partiyadan istefa da verə bilərlər. Burda hər hansı xüsusi sensasion məqamlar axtarmaq lazım deyil. Əsas odur ki, AXCP sistemi normal demokratik çərçivədə tənzimlənsin. O baxımdan biz Əbülfəz bəyin bu qərarına siyasi mədəniyyət nümunəsi çərçivəsində yanşamağa tərəfdarıq və hörmətlə yanaşırıq”.
İyulun 8-də AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verdiyini elan edib.
İnterpress.az