Aksiyanı Azərbaycan İslam Partiyasının fəalları təşkil edib. Polis aksiyanın qarşısını alıb və 10 nəfərdən çox saxlanılanın olduğu bildirilir.
Saxlanılan şəxslər Yasamal rayon 26 və 27-ci polis bölmələrinə aparılıblar. Hələ ki, saxlanılanların kimliyi barədə məlumat yoxdur. Təxminən 10 dəqiqədən çox davam edən aksiyada Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrinin müavinləri Akif Heydərli və Vüqar İbayev saxlanılıb. Saxlanılan digər şəxslərin kimlikləri barədə məlumat yoxdur.
Aksiya Beynəlxalq Qüds Günü ilə əlaqədar keçirilib. ( islamazeri.az )
İnterpress.az