16 yaşlı oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilibbackend

16 yaşlı oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə ötən gecə rayonun Sərçuvar kəndi ərazisində qeydə alınıb.

Rayonun Xıl kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov şəxsi münasibətlər zəminində Sərçuvar kənd sakini, 1999-cu il təvəllüdlü Həmid Bayram oğlu Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb.

H. Məmmədov aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Qətli törətmiş R. Zamanov rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isti izlərlə yaxalanıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. ( apa )

İnterpress.az