Həmçinin Tailandın İstanbuldakı konsulluğu da fəaliyyətini müvəqqəti dayandırıb.
Buna səbəb uyğur diasopor üzvlərinin Tailandın İstanbuldakı konsulluğuna hücum etməsi olub.
Xatırladaq ki, iyunun 9-u gecə saatlarında Tailandın Türkiyənin İstanbul şəhərindəki konsulluğu hücuma məruz qalıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Konsulluğa hücum edənlər “Şərqi Türkistan Dərnəyi” təşkilatının üzvləridir.
Etiraz aksiyası Çinin qeyri-qanuni yolla Tailand ərazisinə keçmiş 97 etnik uyğur türkünün deportasiya ediləcəyi barədə bəyanatından sonra baş qaldırıb. Aksiya iştiakçıları Tailandın uyğurları Çinə verməsinə etiraz ediblər.
İnterpress.az