Saralmış vərəqəni ABŞ-da adının açıqlanmasını istəməyən bir kolleksiyaçı əldə edib. O, həmin kağız parçasını 55 min dolalra alıb.
Teleqram 1945-ci il mayın 8-də Hitlerin bunkerində aşkarlanıb. Sonrandan Amerika ordusunun kapitanı Bencamin Bredin onu suvenir kimi ABŞ-a aparıb.
1945-ci il aprelin sonlarında onu Almaniyanın cənubundakı həbsxanada saxlanılan reyxmarşal Qerman Qriq yazıb. O, Hitlerə səlahiyyətindən imtina edərək ölkənin idarə edilməsi üçün hakimiyyətin ona verilməsini təklif edib. İddialara görə, teleqram füreri əsəbiləşdirib və onun psixoloji vəziyyətinə təsir göstərib.
Araşdırmaçılar hesab edirlər ki, Hitlerin özünü öldürməsində bu teleqramın xüsusi rolu olub. Qerinqə gəldikdə, o, vətənə xəyanətdə ittiham olunaraq vəzifəsindən çıxarılıb və həbs edilib. Bir neçə gün sonra Hitler intihar edib.
İnterpress.az