Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, rəhbərlik etdiyi dövlət qurumu tarixi abidələrlə bağlı monitorinq keçirib: “Biz bu mövzuya çox ciddi yanaşaraq həm Bakıda, həm də regionlarda tarixi abidələrin aqibəti ilə bağlı olan çox ciddi monitorinqlər keçirmişik. Monitorinqlər zamanı bəzi nöqsanlar müəyyən olunub. Bəzi yerlərdə tarixi abidələrin dağıdılmasının qarşısını almışıq, bəzi yerlərdə yeni inşaat işlərini saxlatdırmışıq. Çünki onlar qanuna uyğun deyildi. Amma yeni layihələr bizimlə razılaşdırılırsa və ümumi plana uyğundursa, biz şəhərin inkişafına mane ola bilmərik”.
İnterpress.az