Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.
A. Quliyevin sözlərinə görə, Azərbaycan tərəfdən göndərilmiş dəvət məktubuna qurumun sessiyası çərçivəsində baxılıb: “ATƏT PA-nın nümayəndə heyəti müşahidə missiyası qismində parlament seçkilərində iştirak edəcək\”.
Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədov iyunun 18-də ATƏT PA-nın prezidentinə noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində qurumun müşahidə missiyasının iştirakı ilə bağlı dəvət məktubu göndərib.
İnterpress.az