Hadisə Permdə gecə saatlarında baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəliyindən bildiriblər ki, binanın künc hissəsinin uçması nəticəsində 3 sakin yaralanıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.
Hadisə baş verən zaman binada 60 nəfər olub.
Binanın uçmasına partlayışın səbəb olduğu ehtimal edilsə də, mütəxəssislər bu versiyanı təsdiqləmirlər.
İnterpress.az