Sabirabad sakini qohumunu, sonra isə özünü güllələyibbackend

Sabirabad sakini qohumunu, sonra isə özünü güllələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.

Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır. ( apa )

İnterpress.az