“FourFourTwo” nəşri 2010-2019-cu illərdə millilərdə çıxış etmiş ən yaxşı futbolçuların adlarını açıqlayıb.
İnterpress.az xəbər verir ki, 36 oyunçunun yer aldığı siyahıya İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Andres İnyesta başçılıq edir.
İkinci yerdə Almaniya millisinin üzvü Tomas Müller qərarlaşıb. Daha bir ispaniyalı Xavi Ernandes isə 2010-cu illərin ən yaxşı üçüncü futbolçusu sayılır.
“Neftçi”nin sabiq oyunçusu Keysuke Honda da siyahıya düşüb. Yaponiya millisinin keçmiş lideri 35-ci yerdə göstərilib.
Ən yaxşı 15 oyunçu:
1. Andres İnyesta (İspaniya)
2. Tomas Müller (Almaniya)
3. Xavi Ernandes (İspaniya)
4. Kriştianu Ronaldu (Portuqaliya)
5. Kilian Mbappe (Fransa)
6. Manuel Noyer (Almaniya)
7. Serxio Buskets (İspaniya)
8. Lionel Messi (Argentina)
9. Luis Suares (Uruqvay)
10. İker Kasilyas (İspaniya)
11. Luka Modriç (Xorvatiya)
12. Bastian Şvaynştayger (Almaniya)
13. Uesli Sneyder (Niderland)
14. Filip Lam (Almaniya)
15. Pol Poqba (Fransa)
Qeyd edək ki, siyahıda digər tanınmış futbolçulardan Neymar (Braziliya) 16-cı, Antuan Qrizmann (Fransa) 18-ci, Harri Keyn (İngiltərə) 21-ci, Romelu Lukaku (Belçika) 22-ci, Olivye Jiru (Fransa) 23-cü, Serxio Ramos (İspaniya) 26-cı, Robert Levandovski (Polşa) isə 32-ci sırada qərarlaşıb.