İnterpress.az xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən jurnalist Furkan Azəri məlumat verib.
Öldürülən şəxs Əsəd qoşunları ilə müxaliflərin döyüşlərini davam etdiyi Cisrə-Şuğur bölgəsində döyüşən Zübeyr Azərdir. Zübeyr Azərin də daxil olduğu qrupun namaz qıldıqları zaman hücuma məruz qaldığı bildirilir.
Qeyd edək ki, Zübeyr Azər Suriyada döyüşən azərbaycanlılar arasında tanınan,”Əl-Qaidə” şəbəkəsinə bağlı silahlı qrupun komandiri Mahmud Azərinin döyüşçülərindən olub.
İnterpress.az