Şəki Penitensiar Müəssisəsinin 4 əməkdaşı yol qəzasında ölübbackend

Şəki Penitensiar Müəssisəsinin 4 əməkdaşı yol qəzasında ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə avqustun 27-də gecə saat 01.00 radələrində Şəki-Qax avtomobil yolunun 17-ci km-də, Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Şəki sakini, 1992-ci il təvəllüdlü Elşən Akif oğlu Əlizadə idarə etdiyi “Toyota Cypha” markalı, 99-GK-948 dövlət nömrə nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirməsi səbəbindən maşını yol kənarındakı dərəyə aşırıb. Qəza nəticəsində sürücü Elşən Əlizadə və avtomobildə olan sərnişinlər – Şəki rayon sakinləri, 1992-ci il təvəllüdlü Araz Gündüz oğlu Abdullayev, 1986-cı il təvəllüdlü Asif Çingiz oğlu Sədiyev və 1987-ci il təvəllüdlü Seymur Hüseyn oğlu Mustafayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində hadisə yerində ölüblər.

İlkin məlumata görə, qəza zamanı ölən şəxslər gecə saatlarında Qax rayonunda keçirilən toy mərasimindən Şəkiyə qayıdırlarmış.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır. (apa)

İnterpress.az