Prokuror nurçulara cəza istəyibbackend

Prokuror nurçulara cəza istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərin məhkəmə zalında həbs olunmalarını və 2 ildən 6 ilə kimi azadlıqdan məhrum edilmələrini istəyib.

Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanları 2013-cü ilin aprel ayında paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

Saxlanılan şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirləndirilirlər.

İnterpress.az