Suriya ordusu Homsda İŞİD-in 50 silahlısını məhv edibbackend

Suriya ordusu Homsda İŞİD-in 50 silahlısını məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terrorçuların Sadad şəhəri yaxınlığındakı mövqeləri hücuma məruz qalıb.

Sadad qruplaşmanın avqustun 4-də ələ keçirdiyi Əl-Kəryateyn şəhəri yaxınlığında yerləşir. Suriya Hərbi-Hava Qüvvələri həmçinin terrorçuların Sühnə və Palmiradakı mövqelərinə də hava zərbələri endirib. Ümumilikdə hücum nəticəsində 50 terrorçunun məhv edildiyi bildirilir.

“Əl-Mayadin” telekanalının məlumatına görə, Homsdan 120 km aralıda yerləşən Əş-Şaer qaz yatağı ətrafında şiddətli döyüşlər davam edir.

İnterpress.az