Qafqazda real nüvə partlayışı təhlükəsibackend

Qafqazda real nüvə partlayışı təhlükəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ermənistan «Metsamor» Atom Elektrik Stansiyasında istifadə müddəti bitmiş və faktiki istifadəsi təhlükəli olan ikinci blokun istifadə müddətini növbəti dəfə yenidən 10 il də artırır.

2016-ci ilin sentyabr ayında Ermənistandakı «Metsamor» Atom Elektrik Stansiyasının ikinci blokunun istifadə müddəti başa çatır. Ancaq Ermənistan tərəfi həm öz əhalisinin təhlükəsizliyini, həm də qonşu olkələrin təklükəsizliyini qulaq ardına vuraraq artıq istifadə müddəti başa çatmış ikinci bloku daha 10 ildə, yəni 2016-ci ilə qədər istifadə etmək barədə qərar qəbul edib. Yəni onsuz da seysmik və siyasi baxımdan qeyri stabil zonada qeyrləşdiyindən həm Ermənistanın özü, həm də bütün qonşu dövlətlər üçün real təhlükə mənbəyi olan bu AES-in istifadə müddətini bütün texniki göstəricilərə görə çoxdan başa vurmuş ikinci blokunun istifadə müddətinin artırılması ilə təhlükə daha da böyümüş olacaq.

Bu azmış kimi, bütün xəbərdarlıqlara, çağırışlara baxmayaraq ermənistan tərəfi Rusiyadan aldığı 270 milyon kredit və 30 milyon qrant hesabına «Metsamor» Atom Elektrik Stansiyasında ümumi gücü 600 MVt iki yeni nüvə enerji bloku inşa etmək planlarından da əl çəkmir. Bu blokların inşasına yaxın zamanlarda başlanılacağı gözlənilir.

Qeyd edək ki, Ermənistandakı «Metsamor» Atom Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə – 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir. 1998-ci ildə Ermənistanda baş vermiş zəlzələnin mərkəzi «Metsamor» stansiyasından 75 kilometr aralıda idi. O zaman Sovet hakimiyyəti təhlükəsizlik sarıdan narahatlığa görə bu stansiyanın fəaliyyətini dayandırmışdı. Amma 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də «Metsamor»dan radioaktiv maddələr sızmadığına əmin olmadığını bildirmişdi. 1995-ci ildə Avropa və ABŞ tərəfindən «Metsamor» stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar vəsait xərclənib. Bununla belə, Avropa İttifaqı bu stansiyanı köhnə və az etibarsız olaraq qiymətləndirib.

Burada qəza baş verərsə İrəvan daxil Ermənistanın bütün ərazisi, Türkiyənin Kars, Ərzurum, İqdır, bölgəsi, Naxçıvan, birbaşa radioaktiv buludlarla örtüləcək. Az sonra isə Azərbaycanın, Gürcüstanın, Türkiyə və İranın yerdə qalan bütün ərazisinin də radiasiyaya məruz qalacağı bildirilir.

Qeyd edək ki, «Metsamor» Atom Elektrik Stansiyası Türkiyə sərhəddindən 16 km, Türkiyənin İqdır şəhərindən 26 km, Qarsdan 100 km, Naxçıvan Muxtar Respublikasından 78 km, Azərbaycanın Qarabağ bölkəsindən 128, Tiflisdən 180, Bakıdan isə 490 km məsafədə yerləşir.

İnterpress.az