Səudiyyə Ərəbistanı faciəyə görə zəvvarları ittiham edibbackend

Səudiyyə Ərəbistanı faciəyə görə zəvvarları ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Səudiyyə Ərəbistanın səhiyyə naziri Xalid əl-Falih bu gün Məkkədə baş verən faciəyə münasibət bildirərkən deyib. O bildirib ki, bir neçə məsuliyyətsiz zəvvar təsdiqlənmiş təlimatlara riayət etmədiyinə görə belə bir hadisə baş verib: “Yoxsa, belə bir faciə yaşanmazdı”.

İranın Həcc ziyarətinə məsul şəxsi Səid Ohadi isə baş verən faciəyə görə Səudiyyə Ərəbistanını ittiham edib. S. Ohadi bildirib ki, hadisənin baş verdiyi ərazinin yaxınlığındakı yol faciədən qısa müddət əvvəl heç bir səbəb göstərilmədən bağlanıb: “Bu addım da faciəyə səbəb oldu”.

Qeyd edək ki, hadisə nəticəsində 43 iranlı ölüb.

Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib. Yaranan izdiham nəticəsində ölənlərin sayı 717 nəfərə çatıb. Hadisə nəticəsində 805 zəvvarın xəsarət aldığı deyilir.

İnterpress.az