MTN-in 2 yüksək vəzifəli şəxsi də işdən çıxarıldıbackend

MTN-in 2 yüksək vəzifəli şəxsi də işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general rütbəli Vəli Əsgərovdur. Digər şəxs isə sabiq MTN şefi Eldar Mahmudov işdən qovulandan sonra haqqında dəfələrlə “işdən çıxarılıb” yazıları gedən MTN nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovdur.

Onlar hər ikisi məhz bu gün tutduqları vəzifədən azad ediliblər.

Yuxarıda da qeyd etdiyimiz kimi, Hilal Əsədovun işdən azad edilməsi ilə bağlı mətbuatda getmiş məlumatlar dəfələrlə təkzib olunmuşdu. Amma bu gün əldə etdiyimiz son məlumat artıq adıçəkilən şəxslərin bu orqandan qovulduqlarını təsdiq edir.

Qeyd edək ki, prezdent İlham Əliyevin imzaladığı sonuncu sərəncamla MTN ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb. ( qafqazinfo.az )

İnterpress.az