Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.backend

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ savaşı başlandığı illərdən hər zaman savaş bölgələrində olmusunuz. Mütəmadi ziyarət etmisiniz oraları, hətta ziyarətdən daha çox əsgərlərə dəstək olmusunuz. İndi yenə bu son hadisələrdən sonra ordaydınız. Nə gördünüz? Nə hisslər yaşadınız? O illərlə bu illər arasında savaş meydanında hansı fərqlər var?

Mən oraları 1992 ci ildən bu yana çox yaxşı tanıyıram. O bölgələri qarış-qarış gəzmişəm. Bu gəzmək, turistik səfərlər olmayıb. O vaxt “Azərittifaq” olaraq biz əhalinin təminatından məsul bir qurum kimi oralara mütəmadi gedirdik. Mən də Qarabağ və ətraf rayonlarda, sərhəd bölgələrində xüsusi işləmişəm. Mən buna hər şeydən ilk əvvəl vətəndaş borcu kimi yanaşırdım. O vaxt çox adam o bölgələrə gedmirdi. Gedənlər də sırf könüllü, vətən üçün yanan insanlar idi. Baxmayaraq ki, o vaxt indiki kimi güclü deyildik, amma insanlarda vətənpərvərlik hissi çox yüksək idi. Qarabağ üçün yeri-göyü sirkələyən bir millətin azadlıq ruhu var idi. O ruh bizi çəkib aparırdı oralara. Yəni həm vəzifə məsuliyyəti, həm də mənəvi borc olaraq oralarda idim. Amma mən bunu könüldən, səmimiqəlbdən etmişəm. Çünki vətənimin taleyi mənim üçün çox önəmli olub hər zaman. Hətta savaş bölgələrinə gedəndə tək getmirdim, özümlə hərbi jurnalistləri də aparırdım. Bu gün də o insanlar var, bu gün də işləyirlər. Hətta kitablar yazıblar və sağolsunlar kitablarında mənim də adıma yer veriblər. Onlardan biri Əntiqə Qonaqlı və Abdulla Qurbanidir.

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

Təsəvvür edin ki, 24 il sonra bu son səfərimdə də cəbhədə Abdulla Qurbani ilə görüşdüm. Mən istəməzdim o dövrlə indiki dövr hərbi imkanlarımızı müqaisə edim, çünki bu müqaisə edilməzdir. Düşünün ki, o vaxtlar yeni müstəqillik qazanmışdıq, nizami ordumuz yox idi, maddi-texniki imkanlarımız zəif idi. Əsgərlərimizin də çoxu gənclər və könüllülər olduğu üçün hətta bəziləri silahı belə doğru-düzgün tuta bilmirdi. Amma buna baxmayaraq Qarabağ üçün, vətən üçün səmimi savaş ruhu var idi.

Tənzilə xanım, amma biz o vaxtı Ermənilərlə savaşmırdıq. Onlara Rusiyanın həm əsgər həm də silah dəstəyi var idi. Buna görə də istər əsgərlərimizdə, istərsə də mülkü vətənsaşlarımızda bir xof var idi.

Elə indi də sadəcə ermənilərlə savaşmırıq, o rus faktoru yenə var. Bir də əhalidə xofun olmağı normal idi. Bizə Xocalı kimi bir faciə yaşatdılar. Elə bu xofu millətdə yaradmaq üçün Xocalı hadisəsi amansızlıqla törədildi. Bunu da Sarkisyan etiraf etmişdi ki, biz bunu eləməklə göstərdik ki, biz zarafat eləmirik, biz bu torpaqların alınmasında israrlıyıq.

Bəs o zamandan bu yana konkret olaraq nə dəyişib?

Birincisi Azərbaycanın indi ciddi nizami ordusu var. Həm də müasir, yüksək təchizatlı silahlarla təmin olunmuş ordu. Hazırda əsgərlərdə və mülkü vətəndaşlarda o dediyiniz xof yoxdur.Ən azından mən belə gördüm. Millətdə qələbə eşqi, qələbəyə inam var. Axı mən təxminən ildə bir dəfə gedirəm o bölgələrə və həm əsgər, həm də xalqla görüşlərim olur. Bilirsiniz, insanlar artıq müharibə ilə bərabər, müharibənin qəfil raketləri, qəfil güllələri ilə birgə yaşamağa öyrəşib. Yenə öz əkin-biçinindədir. O namərd güllənin haradan gələcəyinə çox da əhəmiyyət vermir. Amma, o namərd güllə bəzən gəlib bir yaşlımızı, bir gəncimizi, uşağımızı öldürür. Bu izaholunmaz bir şeydir. Mən əvvəllər indiki ruhu görməmişdim, açıq etiraf edim sizə. Mən “Lələtəpə”də, “Ruslan postu”nda və “Talış kəndi”ndə oldum. Bu yüksəklikləri almazdan əvvəl Tapqaraqoyunlu, Naftalan, aşağı kəndlər təhlükədəydi. İstədikləri vaxt bizim kəndləri, dinc sakinləri atəşə tuturdular. Elə ki, zəmin vaxtı gəlirdi, Ermənilər bizim taxıl sahələrinə atəş açıb kəndlilərin məhsullarını yandırırdılar, kəndlilər biçin edə bilmirdi.

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

Biz hər zaman beynəlxaq tələbləri yerinə yetirmişik. Atəşkəsi pozmamışıq, bizə qarşı olunan təcavüzə cavab vermişik, özümüzü müdafiə etmişik. Sadəcə bu gün fərq ondadır ki, biz bu savaş illərində işğal olunmuş torpaqlarımızdan geri heçnə ala bilməmişdik. İndi təsəvvür edin, biz o yüksəkliklərimizi geri almışıq, bir rayon boyda ərazimiz işğaldan azad edilib. Onların əsas istifadə etdikləri yerdən başqa digər yerlərə saysız mina döşəyib. Əlbəttə ki, Rusiyanın burda böyük xidməti var. Bizim şəhid olan əsgərlərimiz o minalara düşüb. Yoxsa bu qədər şəhidimiz olmazdı. Düşünün ani hücumumuzdan erməni əsgərləri silah-sursatlarını atıb geri baxmadan qaçırmış. Bizim əsgərlər o yüksəkliklərə çox qısa vaxt ərzində, təxminən 3 saata gəliblər. Mən alınan o təpənin tam başına çıxdım. Gecə gündüz əsgərlərimiz bizə qazandırdıqları, daddırdıqları zəfəri qorumaq üçün çalışır.

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

Bu qələbə necə gözəl bir şey imiş… Bir zabit mənə dedi ki, Biz 24 ildir ki, təhqir olunmuşduq. Bununla əslində biz o təhqirin altından qalxdıq. Ermənilərə həddlərini göstərdik. Onlara göstərdik ki, arxanıza aldığınız Rusiya ilə də savaşa bilərik yeri gəlsə. Göstərdik ki, biz qorxmuruq.

Nə olur olsun təbliğat çox önəmli bir şeydi. İllərlə bizə o bəzi adamlar ağız büzürdü, deyirdilər ki, bunlar patriotdular. Vətənpərvərlik deyəndə dodaq büzənlər var idi. İndi onlar utansın! Çünki mən orda əsgərlərin içində o vətənpərvərliyi gördüm. Bunlar əlbəttə ki, illərlə aparılan təbliğatın nəticəsdir. İndi də o səngərlərdə aşda general Rasim müəllim olmaqla, Abdulla Qurbani də möhtəşəm vətənpərvərlik təbliğatı aparır. Əsgərləri ruhlandırır.

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

İndi düşünün “vur” əmri gələndə bizim əsgərlərimizi o ruhla savaşa aparan nə ola bilər? Əlbəttə ki qələbə ruhu. Mənə dedilər ki, əsgər var idi ki, özünü o yüksəklikdən aşağı atırdı ki, biz bura qədər gəlmişik, nə üçün durduq? Bizi niyə durdurursunuz?

Bilirsiniz ki, məsələyə Rusiya qarışdı, danışıq masası arxasına topladılar bizi. Əgər biraz da vaxt olsaydı bəlkə indi Xankəndində idik.
Bütün bunlardan sonra mən əminoldum ki, həm hərbi, həm də mənəvi baxımdan bizə iki gün lazımdır ki, bayrağımızı xankəndində sancaq. Mən o Talış kəndinin ətrafını binokl ilə izlədim. İnandırım sizi ki, orada erməni hərbçiləri yoxdur. Hətta orada səngəri belə erməni hərbçiləri qazmır, muzdlu işçilərdir. Kənd camaatına pul ilə səngər qazdırırlar. Hamısının da əllərində ağ bayraq var. Bir səs eşidən kimi bayrağı qaldırırlar. Bunların hamısının şahidi olmuşam. Kim nə deyir desin, Azərbaycan əsgəri böyük qəhrəmanlıq dastanı yazıb. Bəli itkilərimiz var, olacaq. Vətən torpağı üçün savaşdır bu, şəhidlərimiz təbii ki olacaq. Bədəlsiz zəfər olmur. Biz bədəl ödəmişik. Qarabağda savaşmadığımız dönəmlərdə də bədəl ödəyirdik. Atəşkəs dönəmindən bu yana hesablayın görün ayda nə qədər şəhidimiz olurdu. Tələyə düşdük. Minalanmış ərazilərdə şəhid oldu aslanlarımız.

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

İnanın ki, erməni hərbçiləri bizimkilərin ölüsündən belə qorxur. Zalımlıqlarını meyitlərin də üstündə göstərirlər. Bizim əxlaqımızda, dinimizdə meyitə həqarət yoxdu, amma təəssüf ki, insanl
ıqdan uzaq olan ermənilər bu zülmü də edirlər. Bizim tərəf onların meyitlərini olduğu kimi geri verib, amma təəssüf ki, bizim şəhidlərimizə o insaniyətliyi belə göstərə bilmirlər. Bu qədər vəhsi bir xalqla üz-üzəyik.

Ama çox şükür ki, əskərlərimiz onlara elə bir zərbə endirib ki, onlar uzun müddət bellərini dikəldə bilməyəcək. Hazırda Serj Sarkisyan öz iqtidarını xilas etmək üçün çabalayır. Sarkisyan əsgərinin meyitini aparmır. Bölgələrdə gizli saxlayırlar, hərdən bir tək-tək gətirirlər ki, xalq ayağa qalxmasın.

Erməni xalqı da artıq ağıllanıb. Küçələrdə mitinqlər edirdilər ki, əsgərlərimiz bizim olmayan torpaqlarda niyə ölməlidir?!

Bizim xalq isə əsgəri ilə bütünləşdi, birləşdi. Ananın canı, şah damarı övladdır. Balasını itirən Azərbaycan qadını “vətən sağ olsun!” dedi. Oğlunun şəhidliyi ilə qürur duydu. Bu həm də ideoloji bir savaşdır.

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

Əsgərlərimizin mənə dediyi sözü deyirəm sizə. Əsgərlər dedi ki: Xalqımız ki, bizim arxamızda belə durdu, xalqımız şəhidinə bu qədər sayğı göstərdi, onunla qürur duydu, bizi o ayaq üstə tutur burada.

Sizə bir məqamı da deyim. Mənə bunu Abdulla Qurbani danışdı. Deyir ki, minaya düşən əsgərlərimizdən birinin üzünü qəlpə dağıtmışdı, tanınmaz halda idi. Son nəfəsi idi, ondan soruşurlar ki, adın nədir? Başını qaldırıb ki, adımı neynirsiniz? Adım vətəndir. Bunu kim deyə bilər, ancaq ruhu olan, vətən sevgisi olan biri. Mən bunu eşidəndə göz yaşımı tuta bilmədim.

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

Bir də məni kövrəldən, eyni zamanda ürəyimi qabardan başqa bir hadisə də oldu. Səngərə yaxın yerdə çadır qurulmuşdu və samovar qaynayırdı. Çadırın içindən musiqi səsi gəlirdi. Məşhur türk marşı kimi tanınan “Anayurd Marşı – Özbek, Türkmən, Uygur, Tatar, Azər bir boydur!” marşı oxunur, onu dinləyirlər. Bu məni o qədər xoşbəxt elədi, hisslərimin izahı yoxdur. Girdim o çadıra, orda təbliğat işi üçün kitablar, qəzetlər və masanın da üstündə Türkiyə və Azərbaycanın bayrağı. Bundan artıq nə ola bilər ki? Onların arxasında Rusiya varsa, Bizim də böyük Türk qardaşımız var. Orda bir daha onu hissetdim. Onlarınki təmənnalı qardaşlıqdır, bizdə isə qəlb, ruh birliyi olan təmənnasız qardaşlıq.

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

Bu dediklərinizlə yanaşı eyni zamanda başqa bir şey də gördük. Bunun sadəcə Azərbaycan-Ermənistan müharibəsi olmadığını bilirdik onsuzda. Bilirdik ki, biz Ermənistanla savaşmırıq. Daha böyük qüvvə ilə savaşırıq. Bu dəfə doğurdan da kimlər bizim dostumuz, kimlərsə dost cildində olub, amma hələ də bizi sevmir onu daha aydın gördük. Biraz da bu ölkələrarası münasibətlərdən danışaq.

Əlbəttə bu münasibətlərdə çox böyük dəyişikliklər var. Azərbaycanı çox ciddi şəkildə böyük dövlətlər dəstəklədi. Deməli illərin əziyyəti, zəhməti boşa gedməyib. Baxmayaraq ki, Ermənistan illərlə hər cür çirkin təbliğatla məşgul olub və olurlar. Bu son savaş göstərdi ki, biz də istəsək daha böyük təbliğat apara bilərik və istədiklərimizə nail ola bilərik. Bir də indi 1993-cü il deyil. İndi Türkiyədən başqa türk dünyası da yanımızda oldu. Qazaxıstan, Qırğızıstan, Tatarıstan. Bəlkə Qazaxıstan ikili diplomatik oyun oynadı, amma xalq tam bizim yanımızda idi. Ziyalıları, sosial şəbəkələrdə olan qazaxıstanlılar Türkiyə qədər bizim yanımızda olduqları haqqında paylaşımlar etmişdilər.

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

Hətta İran belə Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında açıqlama verdi.

Bilirsiniz, bu da boşuna deyildi. Təbrizdəki yürüyüşləri gördünüzmü? O yürüyüşlərin qarşısında başqa cür ola da bilməzdi. O millət dedizdirdi o açıqlamanı.

Həm də Rusiyanın münasibətində də də bir dəyişiklik var idi. Əvvəlki qədər radikal addımlar ata bilmədilər. Daha çox danışıq masasına dəvət etdilər.

Bu Rusiya hökumətinin xeyrinə deyildi. Burda sadəcə Azərbaycan faktoru yox idi. Digər dövlətlərdən də əks təsir gəlməsindən çəkindi Rusiya. Bayaq dediyimm kimi, indi 1993-cü illər deyil. Dəyişən çox şey var. Putini sevməyənlərin hamısı bizim yanımızdaydı. Rusiya bu dəfə gözləniləndən daha çox mülayim siyasətlə, düşünərək və soyuqqanlı yanaşdı hadisələrə. Dövlətinin mənafeyini də düşündü təbii ki. Sülh, danışıq tərəfdarı olduğunu göstərdi.

Bu son döyüşlərdə məndə bir çox şeyə ümid artdı. Mən vətəni erməni işğalı altında olan bir bölgənin insanıyam. Mən ora qayıdacağımız ümidini itirmiş birəm, amma mən Qarabağa olan ümidimi heç vaxt itirmədim. Ayağım o torpağa dəyəndə, hissetdiyim o hissləri sizə izah edə bilmərəm. O havanı almaq, o yüksəklikdən baxmaq, bizim olan və illərlə gedə bilmədiyimiz bir torpağa ayaq basmaq… İnsanın dili tutulur.

Deməli bu millət qəhrəmanlıq ruhunu itirməyib, sadəcə bu millətə o qəhrəmanlıq ruhunu qaytarmaq və zəfəri daddırmaq lazım idi.

Əlbəttə! Əvvəllər o savaş dönəmində Qarabağdan üzü bəri gələn insan karvanı var idi. Bu son hadisədə mən gənclərimizin, yaşlılarımızın ruhunu gördüm. Bu insanların üzü bu dəfə Qarabağa doğruydu. Hansının əlinə silah versən savaşa gedərdi. Bir ölkənin Müdafiə Naziri yaralı əsgərinin üzündən öpə, o əsgərdə ruh olmazmı?

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

Bu ruh o qədər yüksək idi ki, hətta itkilərimizi belə qürurla qarşıladıq. Bilirsiniz, ölümün belə şərəflisi gözəldir. Bu ölüm boşuna olmayıb, vətən üçün olan olüm olub. Bir qarış belə torpaq almaq da zəfərdir. O əsgər zəfər yolunda şəhid olub. Əsgərlərin ruhunu yüksəldən başqa bir faktor da var. Hərbçilərdən biri mənə dedi ki, Tənzilə xanım, biz illərdir təhqir olunmuşduq. Bu təhqirin altındaq qalxdıq. Qürurumuzu qorumuşuq bu gün.

Bizim prezidentimizin çıxışı və dediyi o söz, insanlarımızı, əsgərlərimizi nə qədər ruhlandırmışdı. Hətta bu ifadə dillər əzbəri oldu. Çıxışında dedi ki: “Erməni əsgəri ölmək istəmirsə, rəddolsun Azərbaycan torpaqlarından.”

Daha sonra Müdafiə Nazirimizin də bir sözü çox xoşuma gəli. Dedi ki: “Biz öz torpaqlarımızda təlim keçirdik” Bu sözlər az deyil.

Əsgərlərimizin təminatı çox yüksək səviyyədədir. Bütün ehtiyacları təmin olunub. Hətta içməli suları belə mağazalarda qutularla gigiyenik şəkildə verilir.

Əsgərlərdəki və insanlardaki bu ruhdan danışdınız, bu gördüyümüz mənzərə nəyin nəticəsi idi? Sadəcə torpağın bir hissəsinin geri alınmasının ya insanların qələbəyə susamasının?

Qalibiyyətin! Alınan torpaqların az da olsa bir hissəsini düşməndən geri almağın. Bir qarış torpaq belə olsa, onu ala bilməyin nəticəsi idi bu milləti küçəyə tökən. Bu millətə zəfər göstərmək lazım idi. Göstərmək lazım idi ki, övladlarımız boş yerə xidmət eləmir, şəhid olublarsa da vətən yolunda şəhid olublar.

Son hadisə bütün dünyaya və içimizdəki rus aqentlərinə Türkün gücünü göstərdi.

Bu hadisələrdə sadəcə Azərbaycan deyil, Güneyli soydaşlarımızda bizə birləşdi. Bu hadisələrdə Azərbaycan ordusu ilə xalq 7 dən 77 yə birləşdi. Bir qəlb, bir yumruq oldu. Sadəcə Azərbaycan deyil, Türk dünyası birləşdi. Türk birliyinə illərlə ağız büzənlər, içimizdəki Rus aqentləri var ki, Türk dünyasına lağ edirdi, onlar Türk dünyasının gücünü gördü.

Ramal Hüseynov
İnterpress.az