Tərkib:
1,2 l ət bulyonu
300 qr bişirilmiş dana əti
150 qr qaynar suda isladılmış düyü
3 ədəd pomidor
1 ədəd baş soğan
5 diş sarımsaq
50 ml bitki yağı
1 ədəd dəfnə yarpağı
Zirə, sarıkök, xmeli-suneli
Keşniş, adjika
Duz, istiot
Hazırlanması:
Soğan xırda doğranıb yağda qızardılır, üzərinə xırdalanmış pomidor əlavə edilib qovrulur.
Üzərinə düyü əlavə olunur, duz və istiot səpilib 5 dəq. bişirilir.
Düyülü qarışığa dəfnə yarpağı, zirə , sarıkök, xmeli-suneli, əzilmiş sarımsaq qatılıb 5 dəq. bişirilir.
Ərzaqların üzərinə xırda doğranmış ət əlavə edilir, bulyon tökülür.
Hazır şorba kasaya tökülür, adjika ilə servis edilir.
İnterpress.az