D vitamini tərkibi olan çox az təbii qidalardan birdir. Türkiyəli dietoloq Şefika Aydın Selçuk bildirir ki, son illər xərçəng və piylənmə kimi bir çox xəstəliklərin yaranmasının qarşısını alan D Vitamini təbii olaraq çox az qidada var. Bu baxımdan 300 qram göbələkdə gündəlik ehtiyac duyduğumuz D vitamininin yüzdə 20-si var.
Kalorisi çox aşağı olan, fərqli yeməklərdə istifadə edilən göbələyin formasına diqqət etmək lazımdır. Həkim deyir ki, 100 qramında təxminən 15-20 kalorisi olan göbələyin 85-90 faizi sudur. 0 xolesterol ehtiva edən göbələkdə karbohidrat və zülal tərkibi daha yüksəkdir: “Göbələkdə doymuş yağ yoxdur. Göbələk şorbası, tərəvəz yeməyi, xəmir xörəkləri, omlet, qarnir və salatlarda tez-tez istifadə edilə bilər. Mümkün qədər qısa müddətlik bişirmək, xəfif bərk saxlamaq və suyunu itirməyərək bişirmək lazımdır”.
Göbələyin qida dəyəri və keyfiyyəti olduqca yüksəkdir. Yalnız heyvani qidalarda olan B12 vitamini göbələk növlərində də var və bioyararlılığı daha yüksəkdir: “Göbələk xərçəngdən qoruyan və immuniteti qüvvətləndirən antioksidan olaraq qəbul edilən selenium mineralı ilə də zəngindir. Göbələyin tərkibində sulfid ehtiva edən amin turşusu olan ergothionoein var. Bu amin turşusu bədən hüceyrələrində antioksidan rolu oynayır. Tiamin, riboflavin, niasin, biotin, vitamin C, fosfor, kalium, mis, vitamin və mineral tərkibi baxımından çox zəngindir. Bu fitoqida tərkibi, göbələyin ürək sağlamlığını qorumaq, bəzi xərçəng növlərində və müalicəsində immunitet sistemini qüvvətləndirmək baxımından təsirli rol oynamasını təmin edir”.
Tərkibində olan CLA sayəsində yağ toxuması itkisini artıraraq, yağdan başqa digər hüceyrələrin artmasında faydaları var. Bədən formasını qorumaq və yağsız əzələ toxumasını artırmaq üçün faydalı olan qidalar arasındadır. Döş və prostat xərçəngində ehtiva etdiyi CLA sayəsində faydalı təsir təmin edir: “Bioaktiv tərkibi yüksək olan bəzi göbələk növləri dərman istehsalında müalicə məqsədi ilə, həmçinin, antioksidan, antihipertansif, xolesterol salıcı, antiviral, antibakterial və antiparazitik təsirləri baxımından istifadə edilir. Bəzi xərçəng növlərinin müalicəsində ağ göbələk növlərinin qaraciyər detoksifikasiyasına müsbət təsir etdiyi sübut olunub”.
Göbələk nə qədər faydalı olsa da, ondan zəhərlənmə halları da istisna deyil. Göbələr alarkən diqqətli olun, təzə olmasına fikir verin. Göbələk yedikdən sonra qusma, ürək bulanma, qızdırma kimi əlamətlər olarsa, mütləq həkimə müraciət edin: “Təzə, açıq ağ rəngdə, soyulmamış, yumşalmamış və iri göbələklər seçin. Soyuducuda ən çox 1 həftə saxlamaq olar, vitamin və mineral tərkibini itirdiyi üçün buzluğa qoymayın. Ümumiyyətlə, göbələyi təzə halda yemək lazımdır. Lakin tərkibindəki “pürin aminoasidin” səbəbindən böyrək xəstələri üçün təhlükəli ola bilər. Böyrək üçün təhlükəli olan urik turşu istehsalını sürətləndirir. Xüsusilə böyrək daşı olduqda, bağırsaq xəstəliklərində və bir çox böyrək çatmazlıqlarında nəzarət edilərək yeyilməlidir”.
Göbələk ət qrupu yerinə sayıla bilən qida deyil. Ehtiva etdiyi nutrient faydalı olsa da, toyuq, balıq, yumurta kimi heyvani zülal tərkibi aşağıdır. (saglamolun.az)
İnterpress.az