Xəmir üçün:
2 stakan un
120 gr kərə yağı
1 yumurta
7-8 yemək qaşığı soyuq su və ya toyuq bulyonu
0,5 çay qaşığı duz
1 çay qaşığı şəkər
İçlik üçün:
250 gr qovrulmuş gıyma
Arzuya görə cəfəri
Duz, istiot
Üstü üçün:
1 yumurta
Hazırlanması:
Xəmir üçün istifadə olunan bütün ərzaqlar yumurta, yağ, su mütləq soyuq olmalıdır. Xəmiri hazırlamaq üçün blenderin kasasına unu qoymaq lazımdır. Duz və şəkərini əlavə edin. Soyuducudan yeni çıxmış kərə yağını xırda küplər şəklində unun üstünə doğrayın. Blenderi qısa müddətlərlə bir neçə dəfə işlədin. Nəticədə umac xəmiri kimi məhlul alınmalıdir. İndi isə bura yumurta və 7 yemək qaşığı soyuq su əlavə edin və blenderi yenə qısa müddət işlədin (unun növündən asılı olaraq,verilən su miqdarı az ya çox gələ bilər). Sonra xəmiri masanın üstünə qoyun, əgər ehtiyac varsa, su əlavə edib, xəmiri tam toplayın. Bu xəmirin xüsusiyəti budur ki, onu adi çörək xəmiri kimi yoğurmaq olmaz. Yalnız əlinizlə hər tərəfindən bərk basdıraraq, toplamaq lazımdır. Hazır olan xəmiri 30 dəqiqə soyuducuda saxlamaq lazımdır.
İçlik üçün giyməni yağda qovurub, ən sonda duz, istiot və xırda doğranmış cəfəri əlavə edin. İçlik tam soyumalıdır.
Xəmiri soyuducudan çıxardın, unlanmış masanın üstündə 0,5 sm qalınlığında yayın və stəkan ağzı ilə yumru dairələr kəsin. Dairənin qıraqlarına mətbəx fırçası ilə azacıq soyuq su çəkin ki, bükəndə asan yapışsın. İçlikdən bir qaşıq xəmirin ortasına goyun və bükün. Qıraqlarını çəngəllə basın.
Empanadasları soba sinisinə yığın, üstünə yumurta sarısı çəkin və 180 dərəcə isidilmiş sobada üstü qızaranadək bişirin.
İnterpress.az