Çində Kim Çen Inın qardaşı oğluna qarşı sui-qəsdin iştirakçıları həbs olunubbackend

Çində Kim Çen Inın qardaşı oğluna qarşı sui-qəsdin iştirakçıları həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın \”Çunan İlbo\” qəzeti yazıb.

Gənc oğlanı bu il daha əvvəl Kuala Lumpur hava limanında sui-qəsd nəticəsində öldürülən Kim Çen Namın oğlu hesab edirlər. Kim Çen Nam Malayziyada böyük ehtimalla, yüksək zəhərli VX maddəsi ilə zəhərlənərək ölüb. Bu məsələdə Pxenyanın əli olmasından şübhələnirlər. Atası fevralın 13-də öldükdən sonra Kim Xan Sol mühafizə olunur.

Qəzetin yazdığına görə, Çinə KXDR-in 7 casusu göndərilib. Amma Çin Kommunist Partiyasının qurultayı zamanı artan təhlükəsizlik tədbirləri fonunda onlardan ikisi həbs olunub və onlar Kim Çen Inın qardaşı oğluna qarşı hazırlanan sui-qəsd cəhdi barədə məlumat veriblər.

Qeyd edək ki, Şimali Koreyadakı siyasi sistemin əleyhdarı olan Kim Çen Namın ailəsi Makaoda yaşayırdı, lakin onun Kuala Lumpurda öldürülməsindən sonra naməlum istiqamətdə məkanı dəyişib. (report)

İnterpress.az