İ. Kanerva ATƏT PA-nın Ulan-Batorda keçirilən payız sessiyası çərçivəsində bəyan edib ki, bu qararı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarına uyğun olaraq qəbul ediblər.
O bildirib ki, Azərbaycan ATƏT-in ənənəvi tərəfdaşı olan DTİHB-nin müşahidə missiyasının sayının məhdudlaşdırılmasını istəyib: “Bu səbəbdən bu qurum Azərbaycana göndərməyi planlaşdırdığı müşahidə missiyasını ləğv etməyə məcbur olub. Mən hesab edirəm ki, bizim yaxın tərəfdaşımız DTİHB seçkiləri müşahidə edə bilmirsə, biz də Azərbaycanda seçkiləri müşahidə etməyəcəyik”.
İnterpress.az