Burkina-Fasonun prezidenti vəzifəsinə qaytarılıbbackend

Burkina-Fasonun prezidenti vəzifəsinə qaytarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə M.Kafando özünün “Twitter” səhifəsində yazıb.

“Mən hərəkətlərimdə azadam və vəzifəmin icrasına davam etməyə qayıdıram”, M.Kafando qeyd edib.

Bundan əvvəl Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafando Fransa səfirliyində sığınacaq tapmışdı.

Xatırladaq ki, sentyabrın 17-də bir qrup hərbçi Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafandonun vəzifəsindən kənarlaşdırıldığını və müvəqqəti hökumətin buraxıldığını bəyan etmişdilər. Burkina-Fasonun keçid parlamentinin sədri Şərif Say ölkədə dövlət çevrilişinin baş verdiyini və xalqı qiyamçılara qarşı çıxış etməyə çağırmışdı. Son günlər ölkədə baş verən iğtişaşlarda azı 10 nəfər ölmüş, 100-dən çoxu yaralanmışdı. Ötən ilin noyabrında Burkina-Fasoda siyasi partiya və vətəndaş birliklərinin liderləri ölkədə prezident və parlament seçkilərinin 2015-ci ilin noyabrında keçirilməsinə dair razılığa gəlmişdilər.

interpress.az