Bu barədə məlumat İnterpress.az-a Taun Əleyhinə Stansiyadan verilib. Stansiyadan bildirilib ki, ebola virusunun yayılması ilə bağlı narahatlıq qiymətləndirilərək yaradılan “qaynar xətt” Avropa Oyunları ərəfəsində ölkəyə gələn turist və iştirakçı sayının çox olması nəzərə alınaraq daha aktiv fəaliyyət göstərib.
“Ancaq tədricən müraciətlərin sayı azalıb. Çünki müraciətlər əsasən əhalinin narahat olduğu dönəmlərdə artır ki, bu da daha çox mətbuatda bununla bağlı yayılan informasiyaların çoxluğu ilə bağlı olur. İndiki halda ebola, donuz qripi kimi xəstəliklər aktual olmadığından “qaynar xətt”ə də demək olar ki, ehtiyac qalmayıb. Amma buna baxmayaraq stansiya hər zaman müraciətləri qəbul etməyə hazırıdr”.
İnterpress.az