Milli Məclisin payız sessiyasında işlər planı qəbul edilibbackend

Milli Məclisin payız sessiyasında işlər planı qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzakirələr zamanı deputatlar bir sıra təkliflər səsləndiriblər.

Deputat Zahid Oruc payız sessiyasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik olunmasını təklif edib: “Cəbhə xətti boyunca baş verən hadisələrin mediaya nəzarətsiz daxil olması informasiya təhlükəsizliyi baxımından əleyhimizə işləyir. Dövlət bununla bağlı sənəd qəbul etsə də, problemlər qalır. Buna görə də KİV haqqında qanunvericiliyə dəyişiklik edilməlidir”.

Z.Oruc hər iki valideynini itirən uşaqların təhsil haqqı məsələsinə də toxunub: “Dövlət 23 yaşına qədər hər iki valideynini itirən uşaqların təhsil haqqını öz üzərinə götürdü. Bu, yaxşıdır. Amma gerçəklikdə belə şərait yaranır. O, 23 yaşına qədər bakalavr səviyyəsini bitirir və magistraturaya daxil olur. Bir il orada oxuyur və ikinci ili təhsil haqqı ilə üz-üzə qalır. Qanunda belə əlavə edilsin ki, o şəxslərə təhsilə başladıqları kimi onun bitməsinə qədər kömək etsinlər”.

Spiker Oqtay Əsədov isə bildirib ki, hər şey parlamentin qəbul etdiyi qanunla həll edilmir: “Nazirlər Kabineti də var, məşğul olmalıdırlar. Hər şeyi bizimlə bağlamayın”.

Deputat Qüdrət Həsənquliyev isə çıxış edərək təklif edib ki, sessiya ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca iclas keçirib, müzakirələr təşkil olunsun. O, müzakirələrə müdafiə nazirini, QHT və digər qurumların nümayəndələrini çağırmağı təklif edib.

Çıxışlardan sonra işlər planı səsə qoyularaq qəbul olunub.

İnterpress.az