Bu gün komitənin rəsmi internet səhifəsi – “www.axcp.biz ” fəaliyyətə başlayıb. İnterpress.az xəbər verir ki, bu barədə AXCP EQTK-nın mətbuat katibi Vüsal Qarayev məlumat verib. Onun sözlərinə görə, sayt yeni olduğundan üzərində təkmilləşdirmə işləri davam etdiriləcək: “Səhifədə AXCP-nin yaradıldığı gündən bu günə olan tarixinə analitik baxış, AXC, KAXCP, BAXCP, Böyük Quruluş, Yurd və digər məsələlər haqqında geniş məlumatlar yer alır. Həmçinin təşkilatın ümumi prinsipləri layihə formatında qurultayda təsdiq olunmaq üçün müzakirəyə çıxarılacaq”. Yaxınlarda saytın daha da zənginləşdiriləcəyi, ingilis dilli versiyanın istifadəyə veriləcəyi bildirilir: “Saytın adı isə simvolik məna daşıyır. “Biz” domeni əslində AXCP-nin fədakar cəphəçilərdən ibarət AXCP EQTK-ya məxsus olduğunu simvolizə edir”. Qeyd edək ki, bu günə kimi AXCP-nin aktiv rəsmi internet səhifəsi olmayıb. Bundan başqa “www.axcp.biz “lə eyni gündə “Cümhuriyət” qəzetinin də veb səhifəsi – “www.cumhuriyyet.biz “ öz işinə start verib. Saytda qəzetin çap varinatında dərc olunan müxtəlif sahələrdən bəhs edən araşdırma, müsahibə, təhlil, reportaj və müəllif yazılarla yanaşı, gündəlik informasiyalar da yerləşdirilir.
İnterpress.az