Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə ilə vida mərasimi başa çatıb.
Vida mərasiminin ardınca Z. Yusif-zadə II Fəxri xiyabanda torpağa tapşırılıb.
***
14:54
Vida mərasimində milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və başqa dövlət və hökumət nümayəndələri iştirak edirlər.
Mərhumun sabiq iş yoldaşları vida mərasimində çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, Ziya Yusif-zadənin fəaliyyətinə hər zaman fərqləndiyini, işinin peşəkarı olduğunu bildiriblər.
Mərhum bu gün II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Ziya Yusif-zadə 1972-1976-cı illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini, 1980-1988-ci illərdə isə DTK-nın sədri vəzifəsində çalışıb.
1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb.
1999-cu ildə Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq, MTN-in Akademiyasına rəis təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə \”Azərbaycan Bayrağı\” (2004) və \”Şöhrət\” ordenləri (2009) ilə təltif olunub.
İnterpress.az