Üzeyir Məmmədli NİDA-dan istefa verdibackend

Üzeyir Məmmədli NİDA-dan istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə gənc fəal sosial şəbəkədə yazıb. O bildirib ki, vaxtında getməyi bacarmaq lazımdır:

\”Bugündən təsisçilərindən biri olduğum NİDA Vətəndaş Hərəkatı sıralarını tərk edirəm. NİDA ilə çox şeylər yaşamışam. Amma hesab edirəm ki, vaxtında getməyi bacarmaq lazımdır. İstefamla bağlı bundan başqa heç bir açıqlama verməyəcəyəm\”.

Qeyd edək ki, Üzeyir Məmmədli 2013-cü il 30 martda həbs olunmuşdu. Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) 28.1. (Cinayətə hazırlıq) 220.1 (Kütləvi iğtişaş) maddələri ilə ittiham olunurdu və məhkəmə hökmü ilə 7 il azadlıqdan məhrum olmuşdu.

2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

İnterpress.az