Kərkük: 12 kənd İŞİD-dən alındıbackend

Kərkük: 12 kənd İŞİD-dən alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az kürd saytlarına istinadən xəbər verir ki, mətbuat peşmərgə güclərinin səhər saat 07.00 radələrində Kərkükün Qərb hissəsində 3 qoldan terror təşkilatı İŞİD-in işğalı altındakı kəndlərə əməliyyat başlatdığını söyləyib.

İŞİD geri çəkilir

Peşmərgə komandiri Məhəmməd Hacı Mahmud əməliyyat çərçivəsində 12 kəndin işğalçılardan azad edildiyini ifadə edərək “Peşmərgə gücləri İŞİD-in işğal altındakı Havice mahalına 22 kilometr məsafəyə qədər irəlilədi “deyib. Məhəmməd Hacı Mahmud əməliyyatda cəmi 19 kəndin alınmasının planlaşdırıldığını bildirib. Qarşıdurmalarda bəzi peşmərgə üzvlərinin şəhid olduğunu, bəzilərinin da yaralandığını qeyd edən peşmərgə komandiri \”Kürdüstan bayrağının qaldırıldığı Mənsuriyə kəndində 4 İŞİD-çiyə aid cəsəd ələ keçirdik\” deyib. Peşmərgə güclərinin Müdafiə və Təcili Müdaxilə Birliyinin yüksək rütbəli rəsmisi Şəlalat Seyid Xələf və Kuvazko kəndlərinin alındığını bildirib. Birliyin Tilverd istiqamətindən əməliyyata qatıldığını deyən mənbə İŞİD mənsublarının yalnız Xarabərut kəndi istiqamətindən peşmərgəyə zəif şəkildə cavab atəşi açıldığını söyləyib. Peşmərgənin bombadan zərərsizləşdirmə qruplarının Xarabərut kəndində minadan təmizləmə işlərinə başladığı xəbəri də verilib. Strateji yüksəkliklərdə nəzarət təmin edilib. Peşmərgə qaynaqlarından əldə etdilən məlumata görə, səhər saatlarında strateji Garra yüksəklikləri ələ keçirib. Kürd xəbər saytının müxbiri \”Garra təpələri strateji əhəmiyyətə sahibdir. Bu təpə bölgədəki 25 kənd üçün kilid nöqtə sayılır \” məlumatını verib.

Erkən saatlarda 6 kənd alınıb

Kərküklü Polis generalı Sərhad Qədir, İŞİD-in bölgədə çox sayda mina döşədiyini və buna görə peşmərgənin təmkinlə irəlilədiyini, İŞİD-in böyük itkilər verərək mövqelərdən çəkildiyini ifadə edib. General-mayor Serhad Qədir qarşıdurmalarda İŞİD-ə aid çox sayda silah-sursat və hərbi texnika ələ keçirildiyini qeyd edib. Peşmərgəyə havadan dəstək verən koalisiya qüvvəllərinin İŞİD-in bomba yüklü 3 texnikasından ikisini məhv etdiyi bildirilir. Peşmərgə komandiri general-mayor Bapir Şeyx Vesani nəzarətə götürülən kəndlərdə çox sayda minanın döşəndiyini deyib. Peşmərgə güclərinin Kərkük sərhədindəki işğal altındakı bölgəyə başlatdığı əməliyyatın üçüncü mərhələsi olan bu əməliyyat çərçivəsində koalisiyaya aid döyüş təyyarələri 3 gündür bölgəni bombardman edir.

İnterpress.az