Gürcüstandan Rusiyaya ağır ittihamlarbackend

Gürcüstandan Rusiyaya ağır ittihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Dövlət Dumasında ratifikasiya edilən Rusiya ilə Abxaziya arasında imzalanmış müqavilədən narahat olduqlarını bildirib.

“Bu addım Kreml tərəfindən Gürcüstanın ayrılmaz hissəsinin anneksiyası deməkdir. Bununla Rusiya 2008-ci ilin 12 avqustunda üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozur”.

XİN vurğulayıb ki, Abxaziya Gürcüstanın ərazisi olduğu üçün müstəqil subyekt ola bilməz. Onun başqa bir dövlətlə hər hansısa müqavilə imzalanmasının heç bir hüquqi əsası ola bilməz.

Gürcüstan XİN beynəlxalq aləmi Moskvanın bu addımına hüquqi və siyasi qiymət verməyə çağırıb. Anlaşma xarici siyasətin koordinasiya olunması və ümumi müdaifə bə təhlükəsizlik mühitinin yaradılmasını nəzərdə tutur.

İnterpress.az